XƏBƏR
18:01

  Elmar Məmmədyarov İsrailin Azərbaycandakı yeni səfiri ilə görüşüb

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, E.Məmmədyarov C.Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə etdilər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

C.Dik diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.




  Yayım tarixi :02 Dekabr 2019   18:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .