XƏBƏR
15:30

  Ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin taktiki təlimləri keçirilir

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, nəzəri bilikləri və təhlükəsizlik qaydalarını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.

Təlimlər Raket və artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qismləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər.

Təlimlər zamanı Raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edir.




  Yayım tarixi :02 Dekabr 2019   15:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .