XƏBƏR
16:43

  Mogerini: "Aİ Azərbaycan ilə yeni Sazişi yekunlaşdırmaq üçün işləri davam etdirir"

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, çıxışı zamanı Ali Nümayəndə son 5 il ərzində Şərq Tərəfdaşları ilə işləmək imkanından bəhs edərək 2014-cü ildə vəzifəyə gəldiyi zaman bu məsələnin Aİ-nin xarici və təhlükəsizlik siyasəti gündəliyinin ən mühüm elementlərindən biri olduğunu qeyd edib və hazırda isə Aİ-nin Şərq Tərəfdaşlarına daha da yaxın olduğunu vurğlayıb.Hər bir Şərq Tərəfdaşlığı ölkəsi ilə münasibətlər haqqında bəhs edən F.Mogerini, Aİ-nin Azərbaycan ilə yeni Sazişi yekunlaşdırmaq üçün işi davam etdirdiyini və beynəlxalq standartlara uyğun olaraq, insan hüquqlarından iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinədək müxtəlif məsələləri əhatə edən ambisiyalı sazişin arzu edildiyini vurğulayıb. Aİ-nin Ali Nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işin, Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə dialoqun dəstəklənməsinin və təşviq edilməsinin davam etdiriləcəyini bildirib. Aİ-nin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini, Aİ-nin Xüsusi Nümayəndəsinin fəaliyyəti vasitəsilə daxil olmaqla, dəstəklədiyi vurğulanıb.Qeyd etmək lazımdır ki, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilən bu çıxışın Azərbaycanla bağlı, xüsusilə də münaqişənin həllindən bəhs edən paraqrafına daxil edilmiş "Azərbaycan" keçidi oxucunu bu ilin aprel ayında Brüsseldə keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasının mətbuat konfransına istiqamətləndirir.Xatırladaq ki, sözügedən mətbuat konfransı zamanı Ali Nümayəndə F.Moqerini Azərbaycanı Aİ-nin çox mühüm tərəfdaşı adlandırır və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün Aİ tərəfindən tam şəkildə dəstəkləndiyini vurğulayır.




  Yayım tarixi :30 Noyabr 2019   16:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .