XƏBƏR
16:06

  TANAP əsrin layihəsidir

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Trans-Anadolu qaz kəməri (TANAP) mühüm enerji layihələrindən biridir və bu layihəni hətta əsrin layihəsi adlandırmaq olar.

Agyol.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Bülent Turan "Twitter" səhifəsində qeyd edib.

Millət vəkili bildirib ki, bu layihə Türkiyə üçün çox vacibdir.

Bundan başqa, Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran da qeyd edib ki, TANAP-ın Avropa ilə birləşməsi Azərbaycan qazının Türkiyədə çatdırılaraq Avropaya ötürülməsini həyata keçirməklə Türkiyəni vacib enerji habına çevirir.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.




  Yayım tarixi :30 Noyabr 2019   16:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .