Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka
ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Agyol.Az-a verilən məlumata
görə, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun
Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli,
Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
ordumuzun mövqeləri atəşə tutulub.