XƏBƏR
22:28

  Azərbaycanla Banqladeş arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Agyol.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 26-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Banqladeş Xalq Respublikası Hökumətinə bildiriş göndərəcək.




  Yayım tarixi :29 Noyabr 2019   22:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .