XƏBƏR
22:25

  Azərbaycanla Özbəkistan arasında Dövlət Xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu təsdiqlənib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Agyol.az xəbər verir ki, Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında 2019-cu il oktyabrın 4-də Daşkənd şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərəcək.




  Yayım tarixi :29 Noyabr 2019   22:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .