Prezident İlham Əliyev Süleyman İsmayılovu Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edib
Prezident İlham Əliyev Süleyman İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Agyol.az xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Süleyman Abbas oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilsin.
  Yayım tarixi :29 Noyabr 2019   18:55
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=43831