Kərəm Həsənov Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib
Prezident İlham Əliyev Kərəm Həsənovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Kərəm Əvəz oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilsin.
  Yayım tarixi :29 Noyabr 2019   18:27
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=43826