XƏBƏR
17:55

  Prezident İlham Əliyev Prezident Administrasiyasının strukturunu təsdiq edib

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi edilməsi haqqında sərəncam imzalayıb.

Agyol.az xəbər verir ki, Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilsin.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.




  Yayım tarixi :29 Noyabr 2019   17:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .