XƏBƏR
16:52

  Moskvada Azərbaycan fortepiano musiqisi konserti keçiriləcək

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Rusiyanın Moskva şəhərində Azərbaycan fortepiano musiqisi konserti keçiriləcək.

“Dostları toplayırıq” festivalı çərçivəsində keçiriləcək “Şostakoviçdən sonra” adlı konsert avqustun 21-i Moskva Konservatoriyasında olacaq.

Agyol.az ın məlumatına görə, konsert proqramında Şostakoviçin əsas tələbələri olan Qara Qarayev və Georgi Sviridovun əsərləri yer alacaq.

Gecənin solisti - Azərbaycan musiqisinin Rusiyada və Avropada təbliğatçısı, Beynəlxalq konkursların laureatı pianoçu Olqa Domnina duyğularını dilə gətirib:

“Şostakoviçin musiqi irsi Rusiya ilə Azərbaycanı birləşdirən mühüm mədəni körpüdür. Ümid edirəm ki, konsert Azərbaycan ictimaiyyəti arasında maraq oyadacaq, ona görə də Azərbaycan klassik musiqisinə qayğı göstərən hər kəsi dəvət edirəm”.

Xatırladaq ki, o, ötən il Vadim Repin və Maksim Vengerovla birlikdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley şənliklərində iştirak edib.




  Yayım tarixi :29 Noyabr 2019   16:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .