XƏBƏR
13:43

  Bakıda NATO-nun təlim kursu keçirilib

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da əməliyyatların qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilib.

Agyol.az xəbər verir ki,Müdafiə Nazirliyindən verilən məlumata görə, kurs müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə əməliyyatların planlaşdırılması, layihələndirilməsi və qiymətləndirilməsi prosesi, məlumatların təhlili metodları və digər mövzular ətrafında brifinqlər təqdim edilib, həmçinin praktiki qrup çalışmaları keçirilib.

Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.




  Yayım tarixi :29 Noyabr 2019   13:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .