XƏBƏR
12:48

  Azərbaycanın yeni Ombudsmanı seçildi - DOSYE

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin məsələsinə baxılıb.Qeyd edək ki, bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülmüşdü. 

Səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib.Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. İxtisasca hüquqşünasdır.S.Əliyeva hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.3-cü dərəcə Dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutur. 

Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır.  O, Milli Məclıisin sabiq vitse-spikeri, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır.İki övladı var.




  Yayım tarixi :29 Noyabr 2019   12:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .