XƏBƏR
12:42

  Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclası keçirilib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

27-29 noyabr tarixlərində Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının səkkizinci iclası keçirilib.

Agyol.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq.




  Yayım tarixi :29 Noyabr 2019   12:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .