XƏBƏR
12:38

  Qobustanda palçıq vulkanları ilə bağlı böyük kompleks yaradılacaq

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Növbəti ildən etibarən Qobustan rayonundakı palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub.

Agyol.az ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Sammitində bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb.

Aparat rəhbəri əlavə edib ki, bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: "Proses kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşası lazım idi. Kompleks Azərbaycana səfər edən turistlərə palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək. Kompleksdə turistlər üçün müxtəlif cür xidmətlər təşkil ediləcək".




  Yayım tarixi :29 Noyabr 2019   12:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .