Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarının həddi bu cür olacaq
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Agyol.az xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
  Yayım tarixi :29 Noyabr 2019   12:34
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=43768