XƏBƏR
10:56

  Mütəxəssislər “Facebook”un proqram təminatında olan nasazlığı aradan qaldırmağa çalışırlar

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Agyol.az xəbər verir ki, “Facebook” işçiləri hesab edirlər ki, sosial şəbəkənin və digər tətbiqlərin işindəki nöqsanların səbəbi proqram təminatında olan nasazlıq idi, hal-hazırda proqramın tam bərpası üçün iş gedir. Bu barədə TASS-a “Facebook” nümayəndələri bildiriblər.

“Bu gün, mərkəzi proqram sistemlərimizdən birində yaranan problem səbəbindən bir çox insan “Facebook” tətbiqlərinə daxil olmaqda çətinlik çəkib. Dərhal analiz apardıq, girişi təmin etməyə başladıq, indi tam bərpa üzrə işləyirik. Narahatçılığa görə üzr istəyirik", - deyə şirkətdə qeyd ediblər.

“Downdetector” saytının məlumatına görə, gün ərzində dünyanın müxtəlif ölkələrində “Instagram” və “Facebook” istifadəçiləri nasazlıqlar haqqında xəbər veriblər.




  Yayım tarixi :29 Noyabr 2019   10:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .