XƏBƏR
10:13

  Bələdiyyə seçkilərində seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsinə başlanılır

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.

Agyol.az ın məlumatına görə, vəsiqələr məntəqə seçki komissiyaları tərəfindən səsvermə gününə 24-3 gün qalanadək, yəni 2019-cu il noyabrın 29-dan dekabrın 20-dək dəqdim edilməlidir.

Dairə seçki komissiyaları tərəfindən isə vəsiqələrin verilməsi prosesi noyabrın 28-də başa çatıb. Belə ki, vəsiqələr dairə deçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalandək, yəni 2019-cu il noyabrın 8-dən 28-dək davam edib.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 15,156 bələdiyyə üzvlüyü üzrə baş tutacaq. Ümumilikdə seçkilərdə iştirak etmək üçün 42 mindən çox namizəd müraciət edib. Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti artıq noyabrın 22-də başa çatıb.




  Yayım tarixi :29 Noyabr 2019   10:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .