XƏBƏR
15:25

  Əli Əhmədov: Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq

Gündəm

Xəbər lenti

Növəbti parlament seçkilərində gənclərdən ibarət deputat korpusunun da formalaşması bizim diqqətimizdə olacaq. Agyol.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, söhbət parlamentə xalqı ən layiqlə təmsil edən şəxslərin cəlb edilməsindən gedir:

“Çalışacağıq ki, parlamentə xalqı layiqincə təmsil edən gəncləri önə çəkək. Yeni Azərbaycan Partiyasından nə qədər şəxsin parlamentdə təmsil olunması xalqın seçimindən asılı olacaq. Biz çalışacağıq vətəndaşları inandıraq ki, YAP üzvləri parlamentdə onları layiqincə təmsil edəcək”.




  Yayım tarixi :28 Noyabr 2019   15:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .