XƏBƏR
13:16

  Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Dekabrın 6-da Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək.

Agyol.az xəbər verir ki, MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Türkmənistan sədrlik edəcək. İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələri ilə bağlı məsələlərin geniş kompleksi daxildir.

Müzakirələrin əsas mövzusu 2030-cu ilə qədər olan dövrdə MDB-nin iqtisadi inkişaf strategiyasının layihəsidir. Bu sənəd dünyada cərəyan edən iqtisadi proseslərin dinamikasının, habelə Birlik ölkələrinin inkişaf potensialının təhlili əsasında yaxın onillikdə MDB-nin iqtisadi inkişafının məqsəd və vəzifələrini, iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etməyə yönəlib.

Strategiyanın həyata keçirilməsi MDB ölkələrinin iqtisadiyyatının rəqabət qabiliyyətini, vətəndaşların rifahını yüksəltməyə imkan verəcək, dünya təsərrüfat sistemində əlaqələri möhkəmlədəcək.

İclasda enerji resurslarının istehsalı və istehlakının proqnozu, dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti konsepsiyası, məhsulların və xidmətlərin keyfiyyəti sahəsində uğurlara görə mükafat uğrunda müsabiqə haqqında əsasnamənin yeni redaksiyasının layihəsi barədə MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsi məsələləri nəzərdən keçiriləcək.

İclas iştirakçıları maliyyə və təşkilati xarakterli bir sıra məsələləri də müzakirə edəcəklər.

MDB İqtisadi Şurasının iclasları rübdə bir dəfə, komissiyanın iclasları isə ayda bir dəfədən gec olmayaraq keçirilir.




  Yayım tarixi :28 Noyabr 2019   13:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .