XƏBƏR
12:30

  İmadəddin Nəsimiyə həsr olunmuş mənzum dram işıq üzü görüb

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Azərbaycan Yazıçılar Birliyinin nəşrləri sırasında yazıçı Sayman Aruzun İmadəddin Nəsimi yaradıcılığına həsr etdiyi “Nəsimi” adlı fəlsəfi-psixoloji mənzum dram əsəri işıq üzü görüb.

Agyol.az xəbər verir ki, müəllif əsərdə müxtəlif ədəbi-tarixi obrazlar, o cümlədən Şəms Təbrizi, Nəimi, Həllac, Babək, Şeyx Heydər və Şah İsmayıl Xətai kimi görkəmli Azərbaycan şəxsiyyətlərindən istifadə edərək Nəsimi təfəkkürünü açmağa çalışıb və onun Azərbaycan cəmiyyətinin indi və gələcək həyatındakı rolundan bəhs edib. Dramın girişi ilk olaraq Nəimi və Nəsiminin sözləri ilə başlasa da, sonda Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Şah İsmayıl Xətainin kəlamları ilə sona çatır.

Əsər əruz vəznində, Nəsimi dəstixəttinə uyğun formada qələmə alınıb.




  Yayım tarixi :28 Noyabr 2019   12:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .