XƏBƏR
12:20

  Rusiyada səmada UNO görüntülənib

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Rusiyanın Krasnodar əyalətinin sakinləri Kalinski stansiyası üzərində “Odlu UNO” görüblər.

Agyol.az xəbər verir ki, Bu barədə Life.ru xəbər yayıb.

Bildirilir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisə şahidi üfüqdə dayanan odlu obyekti kamerasının yaddaşına köçürüb. Kadrlardan görünür ki, kamera tərpədilsə də, obyekt tərpənməz olaraq qalıb.

Görüntülər barədə sosial şəbəkə istifadəçiləri müxtəlif fikirlər səsləndiriblər. Bir qisim bunun, doğrudan da, uçan naməlum obyekt ola biləcəyini desələr də, digərləri gizli silah ehtimalını irəli sürüb.




  Yayım tarixi :28 Noyabr 2019   12:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .