XƏBƏR
16:02

  Baş nazir sürüşmə zonasında olub, müvafiq tapşırıqlar verib

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər. Agyol.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
İ.Məmmədov vurğulayıb ki, müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib. Onun sözlərinə görə, təxirəsalınmaz tədbirlərin görülməsi üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib:
“Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqqında qərar qəbul ediləcək".
Qeyd edək ki, noyabrın 24-ü axşam saatlarında paytaxtın Bibiheybət ərazisində sürüşmə baş verib. Hadisə nəticəsində yolun asfalt qatı dağılıb.




  Yayım tarixi :27 Noyabr 2019   16:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .