XƏBƏR
15:32

  Azərbaycan AŞ PA-nın büro və komitə iclaslarında təmsil olunacaq

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası (AŞ PA) Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.

Agyol.az ın məlumatına görə, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

İclaslarda AŞ PA-nın xarici əlaqələri, Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyin Gürcüstana keçməsi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Səməd Seyidov gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.




  Yayım tarixi :27 Noyabr 2019   15:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .