XƏBƏR
15:26

  SON DƏQİQƏ: Məşhur gənc aktyor VƏFAT ETDİ - Evinin qarşısında izdihamdır / FOTOLAR

Gündəm

Xəbər lenti

Kanadanın dünyaca məşhur aktyoru Qodfri Qao çəkiliş zamanı vəfat edib.

Agyol.az xəbər verir ki, Tayvan əsilli aktyorun Çində “Chase Me” adlı proqramının çəkilişləri zamanı səhhəti pisləşib. Dərhal əraziyə cəlb edilən həkimlər 35 yaşlı aktyora müdaxilə edib. Ardınca aktyor xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, aktyor ürəktutmasından dünyasını dəyişib. Onun cənazəsi Taypeyə göndəriləcək. Onun evinin qarşısına minlərlə pərəstişkarı toplaşıb.

Qeyd edək ki, Qodfri Qao həm də model kimi fəaliyyət göstərib. Fransız stilist Luis Vuitonun birinci asiyalı modeli kimi tanınan Qao, Hollivud istehsalı olan “Ölümcül oyuncaqlar”, “Sümüklər şəhəri” və digər filmlərdə rol alıb.




  Yayım tarixi :27 Noyabr 2019   15:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .