XƏBƏR
14:59

  MSK KİV nümayəndələri üçün yaddaş kitabçası nəşr etdirib

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı çərçivəsində “Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçası hazırlayıb.

Agyol.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyindən Trend-ə verilən məlumata görə, layihə kütləvi informasiya vasitələrinin bələdiyyə seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və onlara metodiki kömək göstərilməsinə hədəflənib.

Nəşrdə seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin edilməsi, seçki subyektlərinin maarifləndirilməsi, habelə seçkiqabağı təşviqat prosesi və səsvermə günü kütləvi informasiya vasitələrinin rol və vəzifələri geniş izah olunub.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Kütləvi informasiya vasitələri haqqında” Qanun və MSK tərəfindən qəbul edilən normativ xarakterli sənədlər əsasında hazırlanıb.

"Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından və MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) də əldə etmək mümkündür.




  Yayım tarixi :27 Noyabr 2019   14:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .