XƏBƏR
12:00

  Olimpiya mükafatçılarımız Moskvada yarışacaq

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Noyabrın 29-30-da Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA kuboku keçiriləcək.

Agyol.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcək.

Baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (-57 kq), Hacı Əliyev (-65 kq), Hacımurad Hacıyev (-74 kq), Cəbrayıl Həsənov (-86 kq) və Şərif Şərifov (-97 kq) turnirdə qüvvəsini sınayacaq. 

Reqlamentə əsasən, noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizə aparacaq. Ertəsi gün isə “Lujniki” İdman Kompleksində müxtəlif ölkələrin güləşçilərindən ibarət komanda ilə Rusiya yığması qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycandan beynəlxalq dərəcəli hakim Həbib Nurulu yarışda ədaləti qoruyacaq.




  Yayım tarixi :27 Noyabr 2019   12:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .