XƏBƏR
16:37

  Prezident BDU-nun yubiley mərasimində iştirak edib - FOTO/VIDEO

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib.

Agyol.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova çıxış ediblər.Daha sonra pianoçu Etibar Əsədlinin ifasında Bakı Dövlət Universitetinin məşhur 60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edilib.Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanov çıxış edib. Universitetin 16 fakültəsi üzrə elm sahəsini əhatə edən rəqəmsal qrafikin təqdimatı olub.Sonda Bakı Dövlət Universitetinin himni səsləndirilib.




  Yayım tarixi :26 Noyabr 2019   16:37

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .