XƏBƏR
12:57

  "Yerevandakı abidə, Armavirdəki xatirə lövhəsi sökülməlidir" - Prezidentin köməkçisi

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
"Təəssüf ki, son illər bəzi ölkələrdə müharibənin dərsləri unudulur, nasistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri göstərilir".
 Agyol.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  bildirib. 
 "Məsələn, bir neçə il əvvəl Ermənistan paytaxtında Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın altı metrlik heykəli ucaldılıb. 2012-ci ildə isə Krasnodar diyarındakı Armavir şəhərinin erməni icması erməni Apostol kilsəsinin ərazisində ona xatirə lövhəsi qoyub. Onun Üçüncü Reyxlə fəal əməkdaşlıq etdiyi, Qızıl Ordunun hissələrinə qarşı döyüşən diversiya qrupu və bütöv bir erməni batalyonu yaratdığı məlumdur. Njdenin əsas şüarı belə olub: “Almaniya uğrunda həlak olan, Ermənistan uğrunda həlak olur”. Hesab edirəm ki, postsovet məkanında bu cür cinayətkarların qəhrəmanlaşdırılması cəhdlərinə yer olmamalıdır. Həm Yerevandakı abidə, həm də Armavirdəki xatirə lövhəsi sökülməli, onların təşəbbüskarları və təşkilatçıları isə cəmiyyətin bütün təbəqələri tərəfindən qəti şəkildə qınanmalıdır.
 Bu baxımdan faşist işğalçıları və onların əlaltıları ilə döyüşlərdə həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsinə abidə qoyulması xüsusi hörmətə və dərin minnətdarlığa layiqdir. Şübhəsiz ki, bu heykəl Azərbaycan və osetin xalqları, bütövlükdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı dostluğun daha bir rəmzidir".
 
Prezident köməkçisi hesab edib ki, müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri olub: "Sevindirici haldır ki, ikitərəfli əlaqələrimiz bütün istiqamətlərdə - siyasətdən humanitar sahəyədək inkişaf edir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi-ticari və mədəni sahələrdə uğurlu qarşılıqlı fəaliyyət göstəririk, energetika və nəqliyyat sektorlarında birgə layihələr həyata keçiririk. Regionlararası əməkdaşlıq da ildən-ilə inkişaf edir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi-ticari və humanitar əlaqələr yaradıb. Onların arasında sizin respublika da var. 2015-ci ildə Azərbaycan və Şimali Osetiya–Alaniya hökumətləri arasında iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlığa dair Saziş imzalanıb. Bu sənəd çərçivəsində müxtəlif sahələrdə əhəmiyyətli layihələr həyata keçirilir.
 
Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən dəstəyi ilə Vladiqafqazda XX əsrin böyük neft sənayeçisi və mesenatı Murtuza Muxtarovun inşa etdirdiyi məscid bərpa olunub. Qeyd etmək xoşdur ki, bizim ənənəvi dostluğumuzun və qardaşlığımızın təcəssümü olan bu memarlıq incisi Şimali Osetiyanın mədəni-mənəvi mərkəzlərindən biridir".
 
Qeyd edək ki, Əli Həsənov bu çıxışı noyabrın 24-də Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasında Böyük Vətən müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyanın tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimində edib. 




  Yayım tarixi :26 Noyabr 2019   12:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .