XƏBƏR
11:58

  Messi " Barselona"nın heyətində 700-cü oyununa çıxacaq

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
İspaniya "Barselona"sının Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə keçirəcəyi Çempionlar Liqasının V tur matçı Argentina millisinin futbolçusu Lionel Messi üçün əlamətdar olacaq.Meydana çıxacağı təqdirdə, bu, 32 yaşlı hücumçunun Kataloniya təmsilçisinin heyətində 700-cü oyunu kimi tarixə düşəcək. Messi klub tarixində belə nailiyyətə imza atan ikinci oyunçu sayılacaq. Ən çox oyunu komandanın sabiq yarımmüdafiəçisi Xavi Ernandes keçirib. Xavidə bu göstərici 767-dir."Barselona"nın yetirməsi olan Messi klub tarixinin ən yaxşı bombardiridir. O, 699 oyuna 612 qol vurub və 248 məhsuldar ötürmə edib. Qeyd edək ki, "Barselona" - "Borussiya" matçı noyabrın 27-də "Kamp Nou" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.




  Yayım tarixi :26 Noyabr 2019   11:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .