XƏBƏR
11:27

  BMT: İntiharların qarşısının alınması üçün silah və bəzi dərmanlara çıxışı azaltmaq lazımdır

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Qlobal səviyyədə intiharların qarşısının alınması üçün silah və bəzi dərmanlara çıxışı azaltmaq, məktəblərdə düzgün maarifləndirmə, ictimaiyyətin düzgün məlumatlandırılması, hüquq-mühafizə orqanlarının təlimatlandırılması lazımdır.

Agyol.az ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının (BMTİP) keçirdiyi dəyirmi masada BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti deyib.

A.Frakassetti deyib ki, dünyada hər 40 saniyədən bir hansısa şəxs intihar haqqında qərar verir və ya intihar edir. Hazırda 15-29 yaşlı gənclər arasında ölümün ikinci səbəbi intihardır:

"İntiharların əksəriyyəti böhran vəziyyətlərində baş verir. İntihar bütün dünya ölkələrində qlobal fenomendir və Azərbaycan da istisna deyil. Hər bir intihar ailə, icma və cəmiyyətə təsir edən faciədir. İntihar riskindən heç kim kənarda qala bilməz. Zorakılıq, xroniki xəstəliklər, münaqişələr, sui-istifadə halları, təcrid olunma, ümidsizlik intihara səbəb olur. Məhz bu səbəbdən BMTİP bu təşəbbüsə dəstək olaraq, Azərbaycanda intiharlar üzrə Milli Fəaliyyət Planının hazırlanmasına yardım edəcək".

BMT nümayndəsi hesab edir ki, intiharlara fövqəladə hal kimi yanaşılmalıdır: "İntiharların qarşısının alınmasına sərmayələr yatırılmalıdır. Vaxtında müdaxilə olunarsa, onun qarşısını çox az xərclə də almaq olar. Bu hadisələrə cəmiyyət də reaksiya verməlidir".




  Yayım tarixi :26 Noyabr 2019   11:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .