XƏBƏR
11:05

  Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların siyahısında dəyişiklik edilib

Gündəm

Xəbər lenti
Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb."Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 258; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 1481 nömrəli Sərəncamı) Əlavə - "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı"nın "Binaların sayı, ədəd" sütununda "237" rəqəmləri "266" rəqəmləri ilə, "146" rəqəmləri "170" rəqəmləri ilə, "İstismara yararsız liftlərin sayı, ədəd" sütunlarında "751" rəqəmləri "798" rəqəmləri ilə, "542" rəqəmləri "581" rəqəmləri ilə, "620" rəqəmləri "664" rəqəmləri ilə, "413" rəqəmləri "449" rəqəmləri ilə, "131" rəqəmləri "134" rəqəmləri ilə, "129" rəqəmləri "132" rəqəmləri ilə, "Sayı, ədəd" sütunlarında "192" rəqəmləri "218" rəqəmləri ilə, "103" rəqəmləri "124" rəqəmləri ilə, "45" rəqəmləri "48" rəqəmləri ilə, "43" rəqəmləri "46" rəqəmləri ilə əvəz edilsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.




  Yayım tarixi :26 Noyabr 2019   11:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .