XƏBƏR
10:25

  Hikmət Hacıyev: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Cenevrə Mərkəzinə videomüsahibə verib.

Agyol.az xəbər verir ki, müsahibədə H.Hacıyev Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının əsas vəzifələrdən biri olduğunu bildirib.

Bununla bərabər, Azərbaycanın xarici siyasət gündəliyində qonşu dövlətlərlə və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və çoxtərəfli diplomatiyanın əhəmiyyətini qeyd edən H.Hacıyev ölkəmizin təşəbbüskarı olduğu Bakı Prosesi barədə məlumat verib.

Çoxtərəfli diplomatiyaya toxunan H.Hacıyev ölkəmizin BMT Təhlükəsizlik şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrliyini diqqətə çatdırıb.

Regional təhlükələrdən danışaraq H.Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal olunmuş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı törədilmiş etnik təmizləmə barəsində məlumat verərək münaqişənin həll edilməsi yollarını qeyd edib. O bildirib ki, münaqişənin həlli üçün BMT TŞ qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Həmçinin, H.Hacıyev digər regional risk və təhdidlər barəsində də danışıb.

Müasir beynəlxalq münasibətlər sistemi haqqında suala gəldikdə isə H.Hacıyev qanunun aliliyi və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.




  Yayım tarixi :26 Noyabr 2019   10:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .