XƏBƏR
10:11

  "WhatsApp"da yeni funksiya olacaq

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

"WhatsApp" tərtibatçıları, müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silmək üçün nəzərdə tutulmuş yeni bir funksiyanın sınaqlarını keçirdirlər.

Agyol.az ın məlumatına görə, "Mesajları silmək" seçimi, Android əməliyyat sistemi üçün 2.19.348 mesenjerinin beta versiyasında ortaya çıxıb. Qeyd olunur ki, bu funksiya proqramın daha əvvəlki beta versiyasında qismən mövcud olub və "Yox olan mesajlar" adlandırılıb.

Mesenjerin test versiyasında opsiyanı "Əlaqə məlumatları" və ya "Qrup çat parametrləri" nişanlarında aktivləşdirmək olar, bu halda onları yalnız qrup idarəçiləri istifadə edə bilər.

Bu vəziyyətdə istifadəçi mesajın "ömrünün" müxtəlif müddətlərini - saat, gün, həftə, ay və ya il olaraq seçə biləcək.




  Yayım tarixi :26 Noyabr 2019   10:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .