XƏBƏR
22:53

  Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarını təltif edib

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Agyol.az xəbər verir ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin 1 əməkdaşı “Şərəf” ordeni, 11 əməkdaşı “Şöhrət” ordeni, 2 əməkdaşı 2-ci dərəcəli “Əmək” ordeni, 24 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 36 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

Dövlət başçısının digər Sərəncamı ilə Bakı Dövlət Universitetinin 6 əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Abdullayev Sərhəddin Qubaddin oğlu

Göyçayskiy Şövqisəfa Yusifziya oğlu

Quliyev Akif Ələkbər oğlu

Rüstəmov İzzət Əşrəf oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

Babazadə Vasif Məmməd Ağa oğlu

Əliyeva İradə Nurəddin qızı

İbrahimova Sara Hökmulla qızı

İsgəndərov Anar Camal oğlu

Qurbanov Əsədulla Cücü oğlu

Məlikova Məsumə Fazil qızı.

İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Əliyev Fikrət Əhmədəli oğlu

Əzizov Abdulsəyid Əbdülhəmid oğlu

Qurbanov Elşad Məcnun oğlu

Səlimov Arif Ağacan oğlu

Şəmsizadə Nizaməddin Şəmsəddin oğlu

Yaqubov Məmməd Haqverdi oğlu

“Əməkdar müəllim”

Abbasova İpək Soltan qızı

Abdullayev İmran Məmmədəli oğlu

Abdullayev Rizvan Əhməd oğlu

Ağakişiyev Əliheydər Yunis oğlu

Allahverdiyeva Səfurə Bayram qızı

Bayramov Rafael Vəli oğlu

Bədəlbəyli Ülfət İsmayıl qızı

Cəfərov Yasin İsa oğlu

Cəlilov Abutalıb Hümbət oğlu

Fiqarova Sofya Rüstəm qızı

Hüseynov Hidayət Məmməd oğlu

Qocamanov Məqsəd Hüseyn oğlu

Quliyev Hamlet Fərman oğlu

Mahmudzadə Ramin Əlinazim oğlu

Məmmədov Kərəm Hətəm oğlu

Məmmədov Knyaz Şiraslan oğlu

Məmmədov Nuru Zeynalabdin oğlu

Məmmədova Afət Oqtay qızı

Orucov Elşar Qurban oğlu

Orucov Həmzağa Davud oğlu

Rzayev Etibar Abasəli oğlu

Vəliyev İslam Dini oğlu

Yusubov Şakir Şıxı oğlu.

İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Şərəf” ordeni ilə

Xələfov Abuzər Alı oğlu

“Şöhrət” ordeni ilə

Babaxanov Neron Aslan oğlu

Əliyev Bəxtiyar Həmzə oğlu

Əli-Zadə Hikmət Abdul oğlu

Həsənov Ralfrid Əhədoviç

İbrahimov Vaqif Rza oğlu

İsmayılzadə Qüdrət Seyfulla oğlu

Kazımzadə Aydın Həsən oğlu

Mehdiyev Məhəmməd Fərman oğlu

Məmmədov Cahangir Abduləli oğlu

Mənsimov Kamil Bayraməli oğlu

Paşayeva Nərgiz Arif qızı

2-ci dərəcəli “Əmək” ordeni ilə

Məhərrəmov Abel Məmmədəli oğlu

Məmmədov Yusif Əbülfət oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Abasov Abdulla Əsgər oğlu

Abdinov Əhməd Şahvələd oğlu

Babayev Məcnun Şıxbaba oğlu

Əhmədli Nəsir Abbas oğlu

Əhmədov Eldar İsa oğlu

Əhmədov Əli Mustafa oğlu

Əliyev Ələkbər Əli Ağa oğlu

Əlizadə Yalçın Mustafa oğlu

Əzizov Elxan Zəkəriyə oğlu

Xasayev Adil İmran oğlu

İsayev Sokrat Abbasəli oğlu

İsgəndərov Nizaməddin Şirin oğlu

Qocayev Niftalı Mehralı oğlu

Mehdiyeva Qalina Yuryevna

Məmmədov Musa Nəsib oğlu

Məmmədova Əsmətxanım Bəyəhməd qızı

Məsimov Eldar Əli oğlu

Mirzəyev Sabir Sultanağa oğlu

Muxtarova Əsməd İmamməmməd qızı

Mütəllimov Təhsin Mütəllim oğlu

Paşayeva Ədibə Mir Cəlal qızı

Vahidov Fazil Qulam Mirzə oğlu

Vəliyev Həmid Alı oğlu

Zeynalov İbrahim Xudaverdi oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Vahid Hacıbəy oğlu

Abbasova Firuzə Məmməd qızı

Ağayev İsfəndiyar Bəhlul oğlu

Ağayev Şahin Sabir oğlu

Aslan Knyaz İlyas oğlu

Cavadov Rövşən Əli oğlu

Cəfərov Mikayıl Məhəmməd oğlu

Əliyeva İfrat Səlim qızı

Əliyeva Kamilə Ramiz qızı

Hacıyeva Sevinc Rafiq qızı

Hüseynova İradə Mehtiqulu qızı

Xəndan Aydan Rəfiq Zəka qızı

İbrahimbəyova Rəna Fuad qızı

İsmayılov Xəlil İsmayıl oğlu

İsmayılova Sima Paşa qızı

Qasımov Vaqif Əli Muxtar oğlu

Qasımova Aidə Şahlar qızı

Quliyeva Lalə Hüseyn qızı

Qurbanov Azad İsa oğlu

Lebedeva Nelli Nikolayevna

Mehdiyeva Nisbət Canməmməd qızı

Məmmədov Alxan Bayram oğlu

Məmmədov Elçin Əli oğlu

Məmmədov Hüseyn Mikayıl oğlu

Məmmədov Kərəm Cahangir oğlu

Məmmədov Rüstəm Fəxrəddin oğlu

Məmmədova Məhluqə Arif qızı

Məmmədova Sevinc İbrahimxəlil qızı

Miriyeva Nuridə Telman qızı

Mirzəyev Əmirxan Nizam oğlu

Mirzəyev Fərhad Əlif oğlu

Muradov Mustafa Bayram oğlu

Ramazanov Məhəmmədəli Əhməd oğlu

Sultanlı Nərmin Əli qızı

Şəmilov Nazim Telman oğlu

Yusifov Məmməd Rəşid oğlu.

İlham Əliyev “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 258; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 1481 nömrəli Sərəncamı) Əlavə – “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın “Binaların sayı, ədəd” sütununda “237” rəqəmləri “266” rəqəmləri ilə, “146” rəqəmləri “170” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütunlarında “751” rəqəmləri “798” rəqəmləri ilə, “542” rəqəmləri “581” rəqəmləri ilə, “620” rəqəmləri “664” rəqəmləri ilə, “413” rəqəmləri “449” rəqəmləri ilə, “131” rəqəmləri “134” rəqəmləri ilə, “129” rəqəmləri “132” rəqəmləri ilə, “Sayı, ədəd” sütunlarında “192” rəqəmləri “218” rəqəmləri ilə, “103” rəqəmləri “124” rəqəmləri ilə, “45” rəqəmləri “48” rəqəmləri ilə, “43” rəqəmləri “46” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".




  Yayım tarixi :25 Noyabr 2019   22:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .