XƏBƏR
16:22

  Bir sıra ölkələrin din xadimləri Prezident İlham Əliyevə təşəkkür edib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Yaponiyanın İşikava Prefekturasındakı Daijoji məbədinin Soto Zen Buddizm məktəbinin baş kahini Azuma Ryuşin Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Zati-aliləri. Dünya dini liderlərinin Sammitində ikinci dəfə iştirak etmək üçün ölkənizə dəvətinizə görə təşəkkür edirəm. Bu görüşün bizim üçün çox mühüm olduğuna əminəm. Mən Yaponiya qəzetlərinə bu görüş barədə məlumatları göndərəcək və nəticələri sizinlə paylaşacağam.

Dünyada bir ilk olan bu konfransın gələcək inkişafı üçün dua edirəm".

XXX

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Türkiyə Respublikası, İstanbul şəhəri, professor Dr. Halit Eren Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident. Noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edərkən Zati-alinizin dərin məzmunlu açılış nitqi ilə başlayan tədbirə qatılmaqdan məmnunluq duyduğumu ifadə etmək istəyirəm.

Azərbaycan dövlətinin multikulturalizmə nə qədər əhəmiyyət verdiyi bir daha nümayiş olundu. Azərbaycan rəhbərinin tolerantlıq, müxtəlif mədəniyyətlər, din və məzhəblərlə bağlı çox geniş baxışa sahib olduğu bir daha müşahidə edildi.

Xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi bu Sammitə xüsusi məna verdi.

Şeyx həzrətlərinin dünya dini liderlərinin böyük hörmətini qazandığı bu toplantıda bir daha göründü. Xüsusilə belə beynəlxalq tədbirlərdə Azərbaycan xalqının Qarabağ məsələsində haqlı mövqeyinin bütün dünyaya çatdırılması da çox faydalıdır.

Fürsətdən istifadə edərək belə bir mühüm tədbirə himayədarlıq etdiyiniz üçün Zati-alinizə ən dərin ehtiramımı bildirir, Sizə və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə uğurlar, cansağlığı və uzun ömür arzulayıram".

XXX

Hindistanın “Yaşamaq sənəti” beynəlxalq təşkilatının təsisçisi Sri-Sri Ravi Şankar Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Zati-aliləri. Fərqli inanclardan olan liderləri vahid platformada bir araya gətirmək təşəbbüsünüz təqdirəlayiqdir.

Dünya dini liderlərinin II Bakı Sammitinin uğurlu təşkilinə görə Sizi təbrik edir və gələcək fəaliyyətinizlə bağlı ən xoş arzularımı çatdırıram".

XXX

Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akeş məktub göndərib.

Məktubda deyilir: "Zati-aliləri. Mən noyabrın 14-15-də Bakı şəhərində keçirilən Dünya dini liderlərinin II Sammitində Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentini təmsil etmək şərəfinə nail olmuşam.

Siz birinci xanım Mehriban Əliyeva və qızınız Leyla Əliyeva ilə birlikdə tədbirin açılış mərasimində iştirak etməyinizlə ona öz himayə və dəstəyinizi vermiş oldunuz. Siz, həmçinin Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarını rəsmi ziyafətə dəvət edərək, xanımınız və qızınızla birlikdə həmin tədbirdə iştirak etdiniz.

Siz həmin Sammitin keçirilməsi ilə ölkənizin görkəmli xadimi Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illik yubileyini qeyd etmək kimi daha bir məqsədə nail oldunuz.

Zati-aliləri, hər hansı ölkənin gücü və sərvətlərini bir neçə məqsədlər üçün istifadə etmək olar. Bakı Sammitinə gəldikdə isə, tədbirin təşkilatçıları öz yüksək bacarıq və əzmkarlıqları ilə, eləcə də mühüm resurslardan istifadə etməklə qarşıya müxtəlif dinləri təmsil edən dini liderlər və xadimlər arasında anlaşma, qarşılıqlı hörmət və dostluğun təşviq olunması kimi nəcib məqsəd qoymuşdular. Tədbir zamanı iştirakçılar arasında mövcud olan xoş mühit Sizin rəhbərliyiniz sayəsində ölkənizdə müxtəlif dini icmalar arasında yaradılmış sabit və harmonik münasibətləri nümayiş etdirir.

Bu xeyirxah fəaliyyətinizə görə Zati-alinizə dərin təşəkkürümü və səmimi minnətdarlığımı bildirirəm.

Uca Tanrı Sizi, ailənizi, ölkənizi qorusun və bol ruzi-bərəkət bəxş etsin".

XXX

İraq Üləmaları Cəmiyyətinin sədri, İraq Baş Nazirinin dini məsələlər üzrə müşaviri Dr. Xalid Əbdülvahhab Əl-Mulladan:

"Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Möhtərəm Prezident. Zati-alinizin rəhbərliyi ilə təşkil olunmuş və açılışına təşrif buyurduğunuz Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək şərəfinə nail oldum. Bu Sammit müasir dövrümüzdə İslam dünyasında ən əhəmiyyətli tədbirlərdən biri hesab olunur. Zirvə Görüşü bəşəriyyətə xidmət edən, İslam dininin təməl prinsiplərinin qorunmasına daim səy göstərən, bəşəriyyəti düzgün məcrasından çıxarmağa, nəcib hədəflərindən yayındırıb məhv etməyə çalışanlara və dini təhrif edənlərə qarşı mübarizə aparan mömin şəxslərin iştirakı ilə fərqlənirdi.

Bakı Bəyannaməsi İslam dünyasının mövcud vəziyyətinin, Zati-alinizin dinin bəşəri roluna verdiyi önəm və rəğbəti əks etdirir. Uca Allah Sizə daim uğurlar bəxş etsin. Arzu edirəm ki, bu və digər tədbirlərdə söylədiyiniz fikirlərin davamı olaraq aramızda dinin bəşəriyyətə xidmətini təşviq edən birgə əməkdaşlıq, qarşılıqlı əlaqələr daha da möhkəmlənsin.

Zati-aliləri, Sammitdə iştirak etdiyinizə, göstərdiyiniz qonaqpərvərliyə, Sizdən, xalqınızdan və təşkilatçılardan gördüyümüz xoş münasibətə görə təşəkkür edirik. Sizinlə bir daha görüşmək şərəfinə nail olmağımı arzulayıram. Ümid edirəm ki, Bakı Bəyannaməsinin prinsiplərinə və dəyərlərinə sadiq qalacağıq.

Uca Allah Sizi və Azərbaycanı qorusun".




  Yayım tarixi :25 Noyabr 2019   16:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .