XƏBƏR
14:02

  Əflatun Amaşov: Mediaya güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
Azərbaycanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ləri götürməliyik.
Agyol.az xəbər verir ki, bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Ə.Amaşov bildirib ki, hazırda Azərbaycanda islahatlar gedir: “Həmkarlarımız da çıxışlarında media sahəsində də islahatların aparılmasını səsləndirirlər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədədir. Əsla belə deyil. Medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıyıq. Media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq”.




  Yayım tarixi :25 Noyabr 2019   14:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .