XƏBƏR
12:20

  Qız millimiz Tbilisidə gürcülərə qarşı

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Noyabr 23-də Gürcüstanın paytaxtı Tbilisidə 16 yaşadək qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb. 

Agyol.az xəbər verir ki, Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak etdiyi yarışda voleybolçularımız A qrupunda mübarizə aparır. 

Emin Əbilovun rəhbərlik etdiyi komanda ilk matçını Ukrayna millisinə qarşı keçirib. Görüş ukraynalıların 3:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Avro-2020-yə seçmə statusu da daşıyan yarışda Azərbaycan yığması növbəti oyununu bu gün saat 15:00-da ev sahibi Gürcüstana qarşı keçirəcək. Sabah isə U-16 yığmamız Rusiya ilə qarşılaşacaq.

Qeyd edək ki, Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı U-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsi (I raund) statusundadır. Yarışın reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. 2020-ci il Avropa çempionatının II seçmə mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20 komanda mübarizə aparacaq.




  Yayım tarixi :25 Noyabr 2019   12:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .