XƏBƏR
12:16

  Bibiheybətdə təmir-bərpa işləri qısamüddətli olmayacaq - AAYDA

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində iki gün öncə çatlar əmələ gəlmişdi.

Agyol.az ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və nəzarət altında saxlanılıb: "Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu ərazilərdə çökmə hadisəsi baş verdi".

A.Nəcəfli bildirib ki, Bibiheybət, Bayıl ərazilərində bir neçə sürüşmə nöqtəsi var ki, onlardan biri də bu ərazidən keçir: "İntensiv yağışlar nəticəsində bu ərazidə sürüşmə aktivləşdi və nəticədə belə hadisə baş verdi. Hazırda əməkdaşlarımız və müvafiq qurumların nümayəndələri ərazidədirlər, araşdırılma aparılır. Təmir-bərpa işləri qısamüddətli olmayacaq, bir neçə ay ərazidə işlərin görülməsi nəzərdə tutulur. Sürüşmə, təxminən, 100 metr ərazini əhatə edir: Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".




  Yayım tarixi :25 Noyabr 2019   12:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .