XƏBƏR
10:34

  Yol polisindən vacib XƏBƏRDARLIQ - Əks halda 40 manat cərimə

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir.

Agyol.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Trend-ə bildirib ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.

Hazırda qış mövsümü ilə əlaqədar küşə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artığını xatırladan R.Quliyev, bu səbəbdən sürücülərın avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət ayırmalarının vacibliyini xüsusilə vurğuladı. Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqlarını, hətta bilərəkdən nişanların üstünü süni şəkildə biraz da çirkləndirdiklərini təəssüf hissi ilə qeyd edən şöbə rəisi, bu kimi halların yol verilməz olduğunu bildirdi.

Xatırladırıq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.




  Yayım tarixi :25 Noyabr 2019   10:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .