XƏBƏR
18:35

  Livan İslam Sammitinin baş katibi Prezident İlham Əliyevə məktub ünvanlayıb

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Livan İslam Sammitinin baş katibi, İslam-Xristian Milli Komitəsinin baş katibi,Nyu-York “Sülh uğrunda din” təşkilatının rəyasət heyətinin üzvü, “KAİCİİD”in idarə heyətinin üzvü, Amman Al Əl-Beyt təşkilatının idarə heyətinin üzvü, Əbu-Dabi İslam Cəmiyyətlərində Sülhün Möhkəmləndirilməsi Forumunun katiblər heyətinin üzvü Dr.Məhəmməd Əs-Səmmak Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Möhtərəm Prezident, Gözəl Bakı şəhərində, vəfalı xalqınızın qonaqpərvərliyi şəraitində keçən və Sizin də açılışını etdiyiniz Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Livan müsəlman və xristian nümayəndə heyəti adından Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin rəhbərliyi ilə bütün millətlərin din və mədəniyyət nümayəndələri arasında Azərbaycanın tanışlıq, dialoq və anlaşma körpüsü qurmasına görə Zati-alinizə təşəkkür və rəğbətimizi bildirməkdən şərəf duyuram.

Cənab Prezident, icazə verin, xüsusilə İslam cəmiyyətlərinin və ümumilikdə bütün bəşəriyyətin ehtiyac duyduğu bu müsbət və konstruktiv rolun əhəmiyyətinə görə Sizə yüksək ehtiramımızı ifadə edim. Bu, münaqişə və iğtişaşların hökm sürdüyü, başqalarına qarşı ekstremizm, zülm və zorakılıq hallarının yayıldığı dünyada ən çətin və nəcib roldur.

İştirak etməkdə şərəf duyduğumuz sammit boyunca bu hallarla mübarizədə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin müdrikliyi və uzaqgörənliyi, hamının yanında qazandığı hörmət ilə tutduğu yolun əhəmiyyətini və zəruriliyini dərk etdik.

Zati-aliləri, mən və bütün yoldaşlarım Şeyxülislamın hamımıza böyük hörmət bəslədiyini hiss etdik. Biz onunla mədəniyyətin, məhəbbətin yayılmasında, Allahın da bizdə görmək və qiyamət gününə kimi qalmasını istədiyi müxtəlifliyə ehtiram bəsləmək istiqamətində birgə iş görürük.

Həmçinin hiss etdik ki, bu, nəcib əxlaqi dəyərlərə riayət etməyə, dəyərləriniz və gözəl idarəetmə missiyanızla müəyyənləşən bu ali bəşəri missiyaya olan bir hörmətdir.

Zati-aliləri, insanlar arasında məhəbbət, ehtiram və sülh bayrağını qaldırmağa təşviq edən konstruktiv rolunuza görə təşəkkürümü və yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm".




  Yayım tarixi :23 Noyabr 2019   18:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .