XƏBƏR
16:19

  Vilayət Eyvazovdan Sumqayıt Şəhər Polis İdarəsinə yeni TƏYİNAT

Gündəm

Xəbər lenti

Sumqayıt Şəhər Polis İdarəsində yeni təyinat olub. 

Agyol.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Həsənov Hüseyn Süleyman oğlu Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini təyin edilib.  

Bu vəzifəyə qədər isə o, idarənin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Məlumatı Sumqayıt Şəhər Polis İdarəsindən təsdiqləyiblər. 




  Yayım tarixi :23 Noyabr 2019   16:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .