XƏBƏR
15:51

  Misirin Deputatlar Məclisinin birinci vitse-spikeri Prezident İlham Əliyevə təşəkkür edib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Misir Ərəb Respublikası Deputatlar Məclisinin birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin rəhbəri Əl-Seyyid Əl-Şərif Prezident İlham Əliyevə məktub göndərib.

Agyol.az xəbər verir ki, məktubda deyilir: Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Möhtərəm cənab Prezident. Şəxsən öz adımdan və bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından iki qədim mədəniyyəti - Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaş və doğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik göstərdiyinizə və səmimi görüşə görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.

Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram.

Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".




  Yayım tarixi :23 Noyabr 2019   15:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .