XƏBƏR
15:12

  Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə təşəkkür edib

Gündəm

Xəbər lenti

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə məktub göndərib.

Agyol.az xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri, möhtərəm İlham Heydər oğlu! Azərbaycana səfərim zamanı mənə və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm.

Dünya dini liderlərinin II Bakı Zirvə görüşündə iştirak etmək imkanına görə şad oldum. Burada biz Sizinlə və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildik.

Sizinlə və Sizin ailənizlə ünsiyyət məndə ən səmimi hisslər yaratdı. Şadam ki, Sizin şəxsinizdə həssas insan və müdrik siyasətçi ilə görüşdüm, Sizə xas olan güclü mühakimə qabiliyyətinə, ictimai və beynəlxalq problemləri dərindən bildiyinizə bir daha əmin oldum. Sizin çox gözəl ölkənizə səfərim qəlbimdə xoş xatirə kimi qalıb.

Sizə məsul dövləti fəaliyyətinizdə möhkəm güc və uğurlar, Azərbaycan sakinlərinə sülh və firavanlıq arzu edirəm".




  Yayım tarixi :23 Noyabr 2019   15:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .