XƏBƏR
14:41

  Uşaqlar sevinəcək - Metroda yeni aksiya

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında daha bir fərqli sosialyönümlü aksiya keçiriləcək. İki gün ərzində animatorlar "Soyuq ürək" qəhrəmanlarını canlandıracaqlar.

Agyol.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin "Park Cinema" kinoteatrlar şəbəkəsi və "AnderSon" kafesi ilə birlikdə keçirəcəyi budəfəki aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və insanların maarifləndirilməsinə töhfə verməkdir.

İki gün ərzində, noyabrın 24-25-də saat 12:00-dan 14:00-a qədər stansiyanın vestibülündə xüsusi geyimlərdə olan animatorlar zəngin şou göstərəcəklər. Bu səbəbdən aksiya daha çox azyaşlı sərnişinlərin diqqətini çəkəcək. Çünki animatorlar uşaqların böyük rəğbətini qazanmış "Soyuq ürək" animasiya filminin qəhrəmanlarını canlandıracaq və metropolitenin azyaşlı sərnişinlərinə sevincli anlar bəxş edəcəklər. Bu, gələn həftə Bakıda keçiriləcək "Soyuq ürək-2" animasiya filminin premyerası ərəfəsində sərnişinlərdə xüsusi ovqat yaradacaq. Ən əsası, xəstəlik və onunla mübarizə ilə bağlı maarifləndirmə işində böyük əhəmiyyət kəsb edəcək.

Stansiyadakı xüsusi lövhələrdə talassemiyalı xəstələrə yardım etmək üçün müvafiq məlumatlar yerləşdiriləcək.Valideynləri övladları ilə bu aksiyada iştirak etməyə dəvət edirik.




  Yayım tarixi :23 Noyabr 2019   14:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .