XƏBƏR
21:40

  İlham Əliyev və Vladimir Putinin görüş vaxtı müəyyənləşdi

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq

Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qəbul edərkən azərbaycanlı həmkarı İlham Əliyevlə dekabrın 20-də Sankt-Peterburqda görüşəcəyinə ümid bəslədiyini deyib.

Agyol.az ın məlumatına görə, Putin həmçinin qeyd edib:

“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməyimizdən məmnun olacağıq”.

Bundan əlavə, Mehriban Əliyeva Putinə İlham Əliyevin salamlarını yetirərək əlavə edib.

“Azərbaycan Respublikası Prezidentinin sizin üçün əlverişli bir zamanda ölkəmizə səfər etmək dəvətini də çatdırmaq istəyirəm”.




  Yayım tarixi :22 Noyabr 2019   21:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .