XƏBƏR
21:14

  Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib VİDEO

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib.

Agyol.az xəbər verir ki, Putin M.Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.

Putin bu mükafatın təqdim olunmasını məntiqli qərar adlandırıb:

“Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizlə, fəaliyyətinizlə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə saxlamağınızla əlaqəlidir və biz bunu çox yüksək qiymətləndiririk”.

Putin qeyd edib ki, ordenin adı Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərindəki rolunu göstərir.

Mehriban Əliyeva Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib.




  Yayım tarixi :22 Noyabr 2019   21:14

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .