XƏBƏR
21:10

  Səməd Qurbanov: Azərbaycan və Rusiya İşgüzar Şuraları arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Rusiya-Azərbaycan regional forumu ikitərəfli münasibətlərin möhkəmlənməsi, hökumətlər və biznes nümayəndələrinin regional işgüzar əlaqələri üçün səmərəli və uzunmüddətli məkandır.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə heyətinin sədri Səməd Qurbanov Moskvada X Rusiya-Azərbaycan regionlararası forumunda deyib.

O xatırladıb ki, ötən il Bakıda keçirilmiş Rusiya-Azərbaycan forumunda prezidentlər İlham Əliyev və Vladimir Putin iştirak edib:

“Bu il Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun forumda iştirakı bu beynəlxalq tədbirin böyük əhəmiyyətinin təsdiqidir. Forumun başlıca məqsədi Rusiya və Azərbaycan rəhbərləri tərəfindən təyin olunmuş strateji hədəflərə nail olmaq üçün mexanizmlərin hazırlanmasıdır. Bugünkü gün ölkələrimiz arasında ticarət dövriyyəsinin və ticari-iqtisadi münasibətlərin müsbət artım dinamikası müşahidə olunur. Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın başlıca ticarət tərəfdaşıdır. 2019-cu ilin ilk doqquz ayı ərzində Rusiyanın regionda ticarət dövriyyəsinin 45 faizi Azərbaycanın payına düşüb. Öz növbəsində Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdədir. Ölkələr arasında ticarət və xidmət, informasiya texnologiyaları sahələri stabil inkişaf edir. Eyni zamanda bu sahələrdə reallaşdırılmamış potensial mövcuddur və bu məsələlərə böyük diqqət ayırmaq lazımdır”.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya İşgüzar Şuraları arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib.




  Yayım tarixi :22 Noyabr 2019   21:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .