XƏBƏR
17:35

  Putin təhlükələrdən danışdı: “Kosmos hərbiləşdirilir”

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin 2033-cü ilə qədər olan hərbi strategiyasını açıqlayıb.

Agyol.az xəbər verir ki, V.Putin Təhlükəsizlik Şurasının iclasında deyib ki, 2033-cü ilə qədər yeni silahlandırmaq proqramının hazırlanması 2020-ci ildən başlayacaq.

O bildirib ki, bura dronların, lazer və hipersəs sistemlərinin genişləndirilməsi daxil edilməlidir.

Rusiya liderinin sözlərinə görə, silahların keyfiyyət və kəmiyyət xüsusiyyətləri inkişaf etdirilməlidir.

V.Putin dünyanın ciddi çağırışlar və təhdidlərlə qarşılaşdığını vurğulayıb.

O bildirib ki, dünyanın müxtəlif bölgələrində nəinki uzun müddətdir davam edən münaqişələr aktivləşir, həm də yeni konfliktlər meydana çıxır.

“Aparıcı ölkələr hücum silahlarını fəal şəkildə inkişaf etdirir. NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşması, habelə kosmosun hərbiləşdirilməsi cəhdləri də ciddi narahatlıq doğurur”, - deyə V.Putin əlavə edib.




  Yayım tarixi :22 Noyabr 2019   17:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .