XƏBƏR
16:43

  Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı - SƏRƏNCAM

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Prezident İlham Əliyev əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 500 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.




  Yayım tarixi :22 Noyabr 2019   16:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .